EN

Osimhen derbidə meydana çıxmaq niyyətindədir

Bakı. Trend:

Türkiyənin Super Liqa təmsilçisi “Qalatasaray”ın hücumçusuViktor Osimhen sabah keçiriləcək “Fənərbağça” derbisində meydanaçıxmaq niyyətindədir.

Trend xəbər verir ki,Nigeriya yığmasında zədələnən Osimhen həm ölkə çempionatında“Gənclərbirliyi”, həm də Çempionlar Liqasında “Union SG” matçlarınıburaxmışdı.

“Sabah” qəzetinin məlumatına görə, Osimhen əvvəlcə komandayoldaşları ilə söhbətlərində derbidə forma geyinmək istədiyini vəlazım gələrsə risk alacağını bildirib.

Nigeriyalı hücumçu sözlərini belə ifadə edib:

“Derbinin əhəmiyyətini və azarkeşlər üçün nə demək olduğunuyaxşı bilirəm. Bu həyəcanı ötən mövsüm də yaşamışdım. Klub mənə bucür böyük matçlar üçün yatırım edib. Lazım olsa riskə gedəcəm vəmeydana çıxıb yüz faizimi verəcəyəm”.

Məlumata görə, Osimhen bu istəyini baş məşqçi Okan Buruklakeçirəcəyi görüşdə də təkrarlayacaq.

Derbi öncəsi onun durumu “Qalatasaray”da ən çox müzakirə olunanmövzulardan biri olaraq qalır.

Chosen
11
1
az.trend.az

2Sources