EN

Azərbaycanda 35 yaşlı kişi iki rayonu işıqsız qoydu

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.

Axar.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb.

Polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.

35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
8
axar.az

9Sources