Şəmkirdə mikroavtobus su kanalına aşıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Bildirilir ki, mikroavtobus Yevlaxdan Şəmkirə istixanalardan birində işləyən fəhlələri daşıyırmış.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.