EN

Xəstəxana həyətində 6 aylıq ölü dölün tapılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verildiyi kimi dekabrın 4-də Sabunçu Tibb Mərkəzinin həyətində 6 aylıq ölü döl tapılıb.

TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 04.12.2025-ci il tarixində saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda xəstəxananın həyətində ölü döl TAPILDI


Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur. 

Qeyd edək ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Naibə Məmmədova, Bizim.Media

Chosen
93
6
bizim.media

8Sources