AZ

Xəstəxananın həyətində aşkarlanan döllə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapılıb.

Hadisə dünən saat 14 radələrində Sabunçu Tibb Mərkəzinin həyətində qeydə alınıb.

Oradan tapılan 6 aylıq dölün hansı şəraitdə doğulması və oraya necə atılması məlum deyil.

Sabunçu Tibb Mərkəzindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır:

“04.12.2025-ci il tarixində saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.

Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.

Qeyd edək ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Seçilən
88
6
cebheinfo.az

8Mənbələr