Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.
Far.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzi məlumat verib.
Bildirilib ki, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.
Qeyd edilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Gülcahan Məmmədova
***10.20
Bakıda 6 aylıq ölü döl tapılıb.
Far.Az apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Dekabrın 4-də Sabunçu Tibb Mərkəzinin həyətində 6 aylıq ölü döl tapılıb.
Araşdırma aparılır.