AZ

Tibb Mərkəzinin həyətində ölü döl tapılıb

Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.

Tribuna APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzi məlumat verib.

Bildirilib ki, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.

Qeyd edilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Seçilən
58
6
tribunainfo.az

8Mənbələr