EN

Qəzada həlak olan Əliqardaş əsgər gedəcəkmiş FOTO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biləsuvardakı qəza ilə bağlı yeni detal üzə çıxıb. 

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin kimliyi məlum olub.

Məlumata görə, həlak olanlardan biri – Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.

Qeyd edək ki, dekabrın 7-də Biləsuvarda “Lexus” markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.

Qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.

Fotoda: Əliqardaş Rəsulzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
75
29
globalinfo.az

10Sources