İngiltərə millisi 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində mart ayında iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol assosiasiyası məlumat yayıb.
Tomas Tuxelin baş məşqçisi olduğu yığma martın 27-də Uruqvay, 31-də isə Yaponiya ilə qarşılaşacaq. Hər iki oyun “Uembli” stadionunda keçiriləcək. Tuxel mundial üçün yekun heyətini bu matçlardan sonra açıqlayacaq.
İngiltərə hazırda FİFA reytinqində dördüncü, Uruqvay 16-cı, Yaponiya isə 18-ci yerdədir.
Xatırladaq ki, İngiltərə yığmasının DÇ-2026-nın qrup mərhələsindəki rəqibləri Xorvatiya, Qana və Panama olacaq.