Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
İngiltərə millisi üçün DÇ-2026-dan əvvəl iki rəqib
İngiltərə millisi DÇ-2026-ya hazırlıq çərçivəsində martda iki yoldaşlıq oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Tomas Tuhelin çalışdırdığı komanda martın 27-də Uruqvay, 31-də isə Yaponiya ilə qarşılaşacaq. Hər iki oyun “Uembli” stadionunda keçiriləcək. Millinin mundial üçün yekun heyəti məhz bu matçlardan sonra açıqlanacaq.
Qeyd edək ki, İngiltərə yığmasının DÇ-2026-nın qrup mərhələsindəki rəqibləri Xorvatiya, Qana və Panama olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.