AZ

DÇ-2026-dan əvvəlki rəqiblər – Uruqvay və Yaponiya

İngiltərə millisi 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində martda iki yoldaşlıq oyunu keçirəcək.

Msport.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol assosiasiyası məlumat yayıb.

Tomas Tuxelin baş məşqçisi olduğu yığma martın 27-də Uruqvay, 31-də isə Yaponiya ilə qarşılaşacaq. Hər iki oyun “Uembli” stadionunda keçiriləcək. Tuxel mundial üçün yekun heyətini bu matçlardan sonra açıqlayacaq.

İngiltərə hazırda FİFA reytinqində dördüncü, Uruqvay 16-cı, Yaponiya isə 18-ci yerdədir.

Qeyd edək ki, İngiltərə yığmasının DÇ-2026-nın qrup mərhələsindəki rəqibləri Xorvatiya, Qana və Panama olacaq.

Seçilən
19
1
msport.az

7Mənbələr