AZ

İngiltərə millisi üçün DÇ-2026-dan əvvəl iki rəqib

style='margin-bottom:10px;'>

İngiltərə millisi DÇ-2026-ya hazırlıq çərçivəsində martda iki yoldaşlıq oyunu keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.

Tomas Tuhelin çalışdırdığı komanda martın 27-də Uruqvay, 31-də isə Yaponiya ilə qarşılaşacaq. Hər iki oyun “Uembli” stadionunda keçiriləcək. Millinin mundial üçün yekun heyəti məhz bu matçlardan sonra açıqlanacaq.

Qeyd edək ki, İngiltərə yığmasının DÇ-2026-nın qrup mərhələsindəki rəqibləri Xorvatiya, Qana və Panama olacaq.

Seçilən
4
2
teleqraf.com

7Mənbələr