EN

Zəngilanda əmək yarmarkası olacaq, 100-dən çox vakansiya təqdim ediləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Zəngilanın Ağalı kəndində təşkil edəcək.

QHT.az xəbər verir ki, 16 dekabr 2025-ci il tarixində, saat 11:00-da “Ağalı Hotel”də keçiriləcək yarmarkada 14 işəgötürən tərəfindən həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və s. işlər üzrə 100-dən çox vakansiya təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Chosen
13
6
qht.az

7Sources