ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Zəngilanın Ağalı kəndində təşkil edəcək.
525.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 16-sı saat 11:00-da “Ağalı Hotel”də keçiriləcək yarmarkada 14 işəgötürən tərəfindən həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və digər işlər üzrə 100-dən çox vakansiya təqdim olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.