Bakı, 12 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Zəngilanın Ağalı kəndində təşkil edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 16-sı saat 11:00-da “Ağalı Hotel”də keçiriləcək yarmarkada 14 işəgötürən tərəfindən həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və digər işlər üzrə 100-dən çox vakansiya təqdim olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.