AZ

Zəngilanda növbəti əmək yarmarkası keçiriləcək

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Zəngilanın Ağalı kəndində təşkil edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 16 dekabr 2025-ci il tarixində, saat 11:00-da “Ağalı Hotel”də keçiriləcək yarmarkada 14 işəgötürən tərəfindən həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və s. işlər üzrə 100-dən çox vakansiya təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
6
cebheinfo.az

7Mənbələr