EN

Erol Bulut “Antalyaspor”dan qovuldu – ARENA.AZ

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” komandasının baş məşqçisi Erol Bulut istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda son olaraq Super Liqanın 16-cı turunda doğma meydanda “Qalatasaray”a 1:4 hesabı ilə uduzub. Bu nəticədən sonra klub rəhbərliyi Erol Bulutla və onun köməkçiləri ilə vidalaşmağa qərar verib.

“Antalyaspor” Türkiyə Super Liqasının turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb. Antalya təmsilçisi keçirdiyi 16 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Erol Bulut bu ilin oktyabr ayında “Antalyaspor”a baş məşqçi təyin olunmuşdu. 50 yaşlı mütəxəssis bu komandanı cəmi 10 oyuna çıxarıb, 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət görüb.

Bulut karyerası ərzində “Yeni Malatyaspor”, “Alanyaspor”, “Fənərbağça”, “Qaziantep” və “Kardiff Siti” kimi komandaları çalışdırıb.

Chosen
45
7
arena.az

8Sources