Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan biri yarıda qalıb.
Günün ilk oyununda “Murov” və “Neftçi” komandaları qarşılaşıblar. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş bu görüşdə “Neftçi” çətin qələbəyə sevinib.
Turun qapanış matçında isə “Xilasedici” “Ordu” ilə görüşüb. Bu oyun da Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. Amma qarşılaşma yarımçıq dayandırılıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, bu oyun supervayzerin qərarı ilə ikinci hissədə yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və rəsmən açıqlanacaq.
Yüksək Liqa (kişilər)
7-ci tur
17 dekabr
“Murov” – “Neftçi” 2:3 (25:18, 21:25, 22:25, 25:21, 17:19)
