“Mançester Siti” İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində “Vest Hem”i böyük hesabla məğlub edib.
Publika.az xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb.
Qaliblərin heyətində Erlinq Haaland dubl müəllifi olub. Bununla da norveçli hücumçunun Premyer Liqa matçlarındakı qollarının sayı 104-ə çatıb.
Beləliklə, Haaland çempionatdakı qol sayına görə “Mançester Yunayted”in sabiq futbolçusu Kriştiano Ronaldonu geridə qoyub.