AZ

Hansi Flik: “FIFA-nın rəmzi yığması gülməlidir” – ARENA.AZ

“Barselona”nın baş məşqçisi, almaniyalı mütəxəssis Hansi Flik FIFA-nın təqdim etdiyi 2025-ci ilin rəmzi yığmasını tənqid edib.

Arena.az xəbər verir ki, o, “baluqrana”nın braziliyalı ulduzu, cinah hücumçusu Rafinyanın 2025-ci ilin rəmzi yığmasında yer almamasına münasibət bildirərkən bunları söyləyib:

“FIFA-nın ən yaxşı oyunçulardan ibarət rəmzi yığması gülməlidir. Rafinya UEFA Çempionlar Liqasının ən sərrast qolçusu olub. Bu, asan deyil. Müvafiq qərar, doğrudan da gülməlidir. İnanın, düz deyirəm”, deyə Hansi Flik qeyzlə vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə açıqlanmış 2025-ci ilin rəmzi komandasında bu futbolçulara yer verilib:

Qapıçı: Canluici Donnarumma (PSJ);

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Villian Paço (PSJ), Vircil van Deyk (“Liverpul”), Nuno Mendes (PSJ);

Yarımmüdafiəçilər: Kol Palmer (“Çelsi”), Vitinya (PSJ), Pedri (“Barselona”), Cud Bellingem (“Real”);

Hücumçular: Lamin Yamal (“Barselona”), Usman Dembele (PSJ).

Seçilən
62
5
arena.az

10Mənbələr