EN

Baş nazir: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi sürətlə davam edir

Ötən ilin nəticələrinə görə ölkələrimiz arasında tranzit daşımalarının həcmində (4 milyon ton) artım qeydə alınmışdır. Cari ilin 11 ayında tranzit daşımalarının həcmi 3.5 milyondan artıqdır.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, avtomobil daşımaları bu əməkdaşlığımızın əsasını təşkil edir. Daşıyıcılar üçün icazə blanklarının mübadiləsi üzrə kvotaların sayı əhəmiyyətli dərəcədə artırılmışdır.

Eyni zamanda Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilmişdir.

Cari ildə dəmir yolu üzrə tranzit daşımalarda artım qeydə alınsa da, həcmi bizləri qane etmir (275 min ton).

Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir.

Orta Dəhlizin mühüm halqası olan BTQ-ın daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu yola əlavə yük axınlarının cəlb edilməsi üçün daha fəal işləməliyik. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyətini qeyd etmək istərdim. Bu razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi sürətlə davam edir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək.

Sevindirici haldır ki, avqustda Qars-Naxçıvan dəmiryolu xəttinin təməli qoyuldu. Bu dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Marşrut həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.

Rəqəmsal inkişaf və nəqliyyat naziri də öz məruzəsində həm nəqliyyat, həm də rəqəmsal inkişaf və süni intellekt kimi sahələrdə mövcudişbirliyimiz və gələcək perspektivlər haqqında danışacaq".

Chosen
32
6
teleqraf.com

8Sources