EN

“Qəbələ” qış hazırlıq planını açıqladı: Bakıda hazırlaşacaq – ARENA.AZ

2025/2026-cı illər mövsümündən etibarən yenidən Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la oyundan sonra istirahətə buraxılmış komanda yanvarın 3-də toplaşacaq.

Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-nə qədər Qəbələ şəhərində olacaq.

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini yanvarın 14-18-də Bakıda keçirəcək.

Komandanın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Sözügedən oyun yanvarın 24-də baş tutacaq.

Kaxaber Sxadadzenin komandası mövsümün geridə qalan hissəsində cəmi 8 xal toplayıb və 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Chosen
22
7
arena.az

10Sources