EN

Gümüşün qiyməti bütün tarixi REKORDLARI QIRDI

Gümüşün birja qiyməti tarixi maksimuma çataraq bir troya unsiyası üçün 75 dollar həddini keçib.

Publika.az xəbər verir ki, bu barədə “Comex” birjasının məlumatlarında bildirilir.

Gümüşün qiyməti 4,87% artaraq bir troya unsiyası üçün 75,175 dollar təşkil edib. Tarixdə ilk dəfədir ki, gümüşün qiyməti 75 dollar səviyyəsini ötür.

Dekabr ayında həmçinin məlum olub ki, ticarət iştirakçılarının təşəbbüsü ilə gümüş Sankt-Peterburq Birjasında keçirilən hərraclarda “Metallar və ərintilər” bölməsində təqdim olunan məhsullardan biri olacaq.

Chosen
52
35
publika.az

10Sources