AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 16-cı turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, o, 2025-ci ildəki sonuncu turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib. Həsənov “Karvan” – “Neftçi” oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib. O, hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.
Hakimlər Komitəsinin sədri “Kəpəz” – “Turan Tovuz”, “Qəbələ” – “Qarabağ”, “Zirə” – “İmişli” və “Sumqayıt” – “Sabah” görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.
AFFA Hakimlər Komitəsinin sədrinin 16-cı turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
