EN

"Qəbələ"nin baş məşqçisi 4 oyunluq diskvalifikasiya edildi

"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze dörd oyunluq diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında çıxarılıb.

Buna gürcü mütəxəssisin Misli Premyer Liqasının XVI turunda "Qarabağ"la matçda hakimləri təhqir etməsi səbəb olub. Klubu Tsxadadzenin davranışına görə 10000 min manat cərimə ödəyəcək.

Bundan başqa, "Qəbələ" dörd nəfər sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsi üzündən 5000 manat cərimələnib.

Chosen
31
6
fanat.az

9Sources