AZ

“Qəbələ”nin baş məşqçisi yeni ilə cəza tədbiri ilə daxil olacaq

“Qəbələ” komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin Misli Premyer Liqasının 16-cı turunda, “Qarabağ”la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. “Qırmızı-qaralar” bu səbəbdən 10 min manat cərimələnib.

“Qəbələ” matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700 manat, “Qarabağ” isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.

İdman.Biz
Seçilən
12
6
idman.biz

8Mənbələr