"Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna mütəxəssisin Misli Premyer Liqasının XVI turunda, "Qarabağ"la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. "Qırmızı-qaralar" bu səbəbdən 10 min manat cərimələnib.
"Qəbələ" matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.
Hakimlər Komitəsinin sədri: "Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib" - VİDEO
Qara Qarayev "Araz-Naxçıvan"a təşəkkür edib
Yeni məşqçi “Neftçi” ilə məşqə çıxdı: TƏYİNATI AÇIQLANACAQ
“Turan Tovuz”un hazırlıq planı bəlli olub
"Karvan-Yevlax" futbolçusu ilə yollarını ayırıb