"Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.


Buna mütəxəssisin Misli Premyer Liqasının XVI turunda, "Qarabağ"la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. "Qırmızı-qaralar" bu səbəbdən 10 min manat cərimələnib.


"Qəbələ" matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.