Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 12-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:
Birinci Liqa, 12-ci tur
“Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Mingəçevir” daha 750 manat cərimə ödəyəcək. “Şahdağ Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.
“Səbail” – “Şimal” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Səbail” 600 manat cərimə edilib.
MOİK – “Şəfa” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
