EN

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda üç polis ölüb, 9 nəfər yaralanıb

Türkiyənin Yalova əyalətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı üç polis əməkdaşı həlak olub. Səkkiz polis əməkdaşı və bir mühafizəçi yaralanıb. Bu barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat Elmalık kəndinə gedən yolun kənarındakı bir evdə aparılıb. Əməliyyat zamanı terrorçular polislərə atəş açıblar.

Evdə qadın və uşaqların olması səbəbindən əməliyyat xüsusi ehtiyatla aparılıb. Ərazidən beş qadın və altı uşaq təxliyə edilib. Silahlı qarşıdurma zamanı altı terrorçu zərərsizləşdirilib.

Yerlikaya qeyd edib ki, son bir ayda İŞİD-ə qarşı əməliyyatlar zamanı 137 şübhəli şəxs saxlanılıb: onlardan 97-si barəsində məhkəmə nəzarəti tədbiri seçilib. O bildirib ki, bu gün keçirilən sinxron əməliyyatlar 15 əyalətdə 108 ünvanda aparılıb.

Almaz Həsənli

Chosen
18
20
oxumeni.az

10Sources