Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, qitə birinciliyinin qrup mərhələsinin sonuncu oyun günündə də 4 qarşılaşma baş tutub.
E qrupunda Əlcəzair yığması Ekvatorial Qvineya ilə oyunda ardıcıl 3-cü qələbəsini rəsmiləşdirərək maksimum nəticəylə pley-offa adlayıb. Burkina Faso millisi də Sudanı 2 cavabsız qolla yenərək mərhələ adlayıb.
F qrupunda Kamerun millisi Mozambiki, Kot-d’İvuar isə Qabonu məğlub etməklə pley-offa vəsiqə əldə ediblər.
Mozambik yığmasının heyətində yer almış “Zirə”nin legioneri Quima Kamerunla görüşdə ehtiyatda qalıb.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
31 dekabr
E qrupu
Ekvatorial Qvineya – Əlcəzair 1:3
Qollar: Nsue, 50 – Belaid, 19. Çaibi, 25. Maza, 32.
Sudan – Burkina Faso 0:2
Qollar: L.Traore, 16. Kuassi, 85.
Xallar: Əlcəzair – 9. Burkina Faso – 6. Sudan – 3. Ekvatorial Qvineya – 0.
F qrupu
Mozambik – Kamerun 1:2
Qollar: Katamo, 23 – Nene, 28-öz qapısına. Kofane, 55.
Qabon – Kot-d’İvuar 2:3
Qollar: Kanqa, 11. Buanqa, 21 – Krasso, 44. Gessan, 84. B.Ture, 90+1.
Xallar: Kot-d’İvuar – 7. Kamerun – 7. Mozambik – 3. Qabon – 0.
