Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Arena.az xəbər verir ki, qitə birinciliyinin qrup mərhələsinin sonuncu oyunlarından sonra 16 xoşbəxt komandanın hamısı bəlli olub.
Qruplarında birinci və ikinci yerləri tutmuş komandalar 1/8 finala birbaşa vəsiqə əldə ediblər. Bu komandalarla yanaşı, ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü də pley-offda oynamaq fürsəti əldə ediblər.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup birinciləri: Mərakeş, Misir, Nigeriya, Seneqal, Əlcəzair, Kot-d’İvuar;
Qrup ikinciləri: Mali, CAR, Tunis, Konqo DR, Burkina Faso, Kamerun;
Ən yaxşı qrup üçüncüləri: Mozambik, Benin, Sudan, Tanzaniya.
1/8 final cütləri
Mali – Tunis
Seneqal – Sudan
Misir – Benin
Kot-d’İvuar – Burkina Faso
CAR – Kamerun
Mərakeş – Tanzaniya
Əlcəzair – Konqo DR
Nigeriya – Mozambik
