EN

FIDE 2026-cı ilin ilk reytinq cədvəlini açıqladı – ARENA.AZ

Bu gün Beynəlxalq Şahmat Federasiyası (FIDE) qadın və kimi şahmatçıların 2026-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Kişilərin reytinqində azərbaycanlı şahmatçılardan ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 2730 xalla 19-cu pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) 78-ci sıradadır. Aydın Süleymanlı (2628) isə ilk “100-lük”dən kənarda qalıb. 20 yaşlı qrossmeyster 101-ci yerdə qərarlaşıb.

Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir.

Qadınların FIDE reytinqində Ülviyyə Fətəliyeva (2434) 27-ci, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı yerdədirlər.

Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2613) liderdir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
31
11
arena.az

10Sources