Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Putin yalan danışıb və Tramp artıq bu barədə məlumatlandırılıb.
Ukrayna Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına zərbə endirməyib, hətta buna cəhd də etməyib.
Lent.az bildirir ki, bu barədə "The Wall Street Journal" adı açıqlanmayan Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Kəşfiyyat məlumatları ilə tanış olan mənbənin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi Putinə hücum cəhdinin olmadığı qənaətinə gəlib. Amerika kəşfiyyatı hesab edir ki, Ukrayna Kiyevin əvvəllər vurduğu hərbi hədəfi vurmağa cəhd edib. Hədəf Putinin şəhərətrafı iqamətgahı ilə eyni bölgədədir, lakin iki obyekt bir-birindən çox uzaqda yerləşir.
Nəşr hücumun hədəf aldığı hərbi obyekti göstərmir.
Jurnalistlər Donald Trampın bu kəşfiyyat məlmatından artıq xəbərdar olduğuna işarə edirlər.
Dekabrın 31-də ABŞ prezidenti sosial şəbəkəsində "Putinin "hücum" la bağlı blöfü göstərir ki, sülh yolunda dayanan Rusiyadır" başlığı altında "Nyu-York Post " redaksiya məqaləsini yenidən paylaşıb.
Zelenski və Trampın Floridadakı danışıqlarından sonra Putin ABŞ prezidentinə zəng edərək ukraynalıların Valday gölü ətrafındakı iqamətgahına onlarla dron göndərərək onu öldürməyə çalışdıqlarından şikayətlənib.
Daha sonra jurnalistlərə verdiyi açıqlamada Tramp Putindən bu ittihamları eşitməkdən "çox qəzəbli" olduğunu bildirib. Lakin ABŞ-ın belə bir hücumun baş verdiyinə dair dəlillərinin olub-olmadığı soruşulduqda, Tramp hücumun Rusiya prezidentinin uydurması ola biləcəyini etiraf edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.