Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
“Volfsburq” doğma meydanda “Sankt Pauli”yə, “Hoffenhaym” Mönhenqladbax “Borussiya”sına, “Leypsiq” də “Frayburq”a qalib gəlib. Səfərdə “Köln”lə qarşılaşmış “Bayern” inamlı qələbəyə sevinib.
17-ci tura yanvarın 15-də keçiriləcək “Auqsburq” – “Union Berlin” oyunu ilə yekun vurulacaq.
Almaniya, Bundesliqa
17-ci tur
13 yanvar
Maynts – Haydenhaym 2:1
Qollar: Vidmer, 30. Amiri, 49 – Şimmer, 60.
Borussiya (Dortmund) – Verder 3:0
Qollar: Şlotterbek, 11. Zabitser, 76. Girassi, 83.
Ştutqart – Ayntraxt 3:2
Qollar: Demiroviç, 27. Undav, 35. Narti, 87 – Kristensen, 5. Amaymuni, 80.
Hamburq – Bayer matçı təxirə salınıb
14 yanvar
Volfsburq – Sankt Pauli 2:1
Qollar: Eriksen, 25-pen. Peyçinoviç, 88 – Smit, 40.
Köln – Bayern 1:3
Qollar: Maina, 41 – Qnabri, 45+5. Kim, 71. Karl, 84.
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 5:1
Qollar: Kramariç, 22-pen; 45+1; 45+5. Lemperle, 24. Moerstedt, 77 – Maçino, 69.
Leypsiq – Frayburq 2:0
Qollar: Orban, 53. R.Kardozo, 56.
15 yanvar
23:30. Auqsburq – Union Berlin
