Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 16-ci turundan təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, bu gün daha iki belə qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Verona” – “Bolonya” matçında qonaqlar çətin qələbəyə seviniblər. Səfərdə “Komo” ilə qarşılaşmış “Milan” da turu əzmkar qələbə ilə başa vurub.
Beləliklə, geridə qalmış 20 turdan sonra 46 xala malik “İnter” vahid liderdir. “Milan” 43 xalla ikinci, “Napoli” 40 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”la “Roma”nın 39, “Komo”nun 34, “Atalanta”nın 31 xalı var.
İtaliya, A Seriyası
16-cı turun oyunları
14 yanvar
Napoli – Parma 0:0
İnter – Leççe 1:0
Qol: Espozito, 78.
15 yanvar
Verona – Bolonya 2:3
Qollar: Orban, 13. Freuler, 71-öz qapısına – Orsolini, 21. Edqor, 29. Kastro, 44.
Komo – Milan 1:3
Qollar: Kempf, 10 – Nkunku, 45-pen. Rabyo, 55; 88.
