AZ

Vaut Fas “Monako”da – ARENA.AZ

Futbol üzrə Belçika millisinin və İngiltərənin “Lester Siti” klubunun mərkəz müdafiəçisi Vaut Fas karyerasını “Monako”da davam etdirəcək.

Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi 27 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.

Knyazlıq klubu bu mövsümün sonunda Fası birdəfəlik almaq hüququna da malikdir.

Vaut Fas Belçikanın “Anderlext” klubunun yetirməsidir. O, karyerası ərzində “Herenven”, “Ekselsior”, “Ostende”, “Reyms” kimi klubların da şərəfini qoruyub. Müdafiəçi 2022-ci ildən “Lester Siti”də çıxış edirdi. Belçikalı futbolçu İngiltərə klubunun heyətində 135 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Fas 2022-ci ildə əsas millidə debüt edib. O, milli komandanın heyətində 28 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
7
arena.az

10Mənbələr