AZ

“Real”ı İspaniya Kubokunda 1/4 finala buraxmadılar – ARENA.AZ

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də üç qarşılaşma baş tutub.

“Alaves” “Rayo Valyekano”nu, “Albasete” “Real”ı (Madrid), “Betis” isə “Elçe”ni doğma meydanda məğlub etməklə növbəti mərhələyə yüksəliblər. Xüsusilə də “Real”ın mübarizəni belə erkən dayandırması gözlənilməz olub.

İspaniya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları yanvarın 15-də keçiriləcək.

İspaniya Kuboku
1/8 final
13 yanvar

Leonesa – Atletik (Bilbao) 3:4
Deportivo – Atletiko (Madrid) 0:1
Real Sosyedad – Osasuna 2:2 (penaltilər 4:3)

14 yanvar

Alaves – Rayo Valyekano 2:0
Albasete – Real (Madrid) 3:2
Betis – Elçe 2:1

15 yanvar

00:00. Burxos – Valensiya
00:00. Rasinq – Barselona

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
15
7
arena.az

10Mənbələr