AZ

Antonio Konte 2 oyunluq cəza aldı – ARENA.AZ

Futbol üzrə İtaliya çempionu “Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.

Arena.az bu barədə “Corriere della Sera” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, cəzaya 56 yaşlı mütəxəssisin İtaliya çempionatının 20-ci turunda “İnter”ə qarşı keçirdikləri matçda etdiyi aqressiv hərəkətlər səbəb olub. O, sözügedən matçda komandasının qapısına penalti təyin olunduqdan sonra su şüşəsini təpikləyib və qarşılaşmanın dördüncü hakiminə aqressiv şəkildə qışqırıb. Bu davranışlardan sonra Konte qırmızı vərəqə ilə meydandan qovulub.

İtaliyalı məşqçi diskvalifikasiya ilə yanaşı, 15 min avro məbləğində cərimə də ödəyəcək.

Beləliklə, Antonio Konte komandasının “Parma” (14 yanvar) və “Sassuolo” (17 yanvar) ilə matçlarını tribunadan izləməli olacaq.

Qeyd edək ki, “Napoli” İtaliya A Seriyasında 39 xalla üçüncü sırada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
7
arena.az

10Mənbələr