AZ

“Çelsi” Liqa Kubokunda “Arsenal”a evdə uduzdu – ARENA.AZ

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

London derbisində paytaxtın iki nəhəng komandası – “Çelsi” ilə “Arsenal” qarşılaşıblar. Beş qolun qeydə alındığı oyundan çətin qələbə ilə ayrılmış “topçular” cavab görüşü ərəfəsində ciddi üstünlük qazanıblar.

Xatırladaq ki, digər yarımfinal oyununda da “Nyukasl”a qalib gəlmiş “Mançester Siti” finala yaxınlaşmışdı.

İngiltərə Liqa Kubokunda yarımfinalın cavab qarşılaşmaları fevralın 4-də və 5-də keçiriləcək.

İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları
14 yanvar

Nyukasl – Mançester Siti 0:2
Qollar: Semenyo, 53. Şerki, 90+8.

14 yanvar

Çelsi – Arsenal 2:3
Qollar: Qarnaço, 57; 83 – B.Uayt, 7. Dyökereş, 49. Subimendi, 71.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
7
arena.az

10Mənbələr