AZ

Uqo Raquber “Lill”i “Levante”yə dəyişdi – ARENA.AZ

Fransanın “Lill” komandasının dayaq yarımmüdafiəçisi Uqo Raquber bundan sonra İspaniya klubu “Levante”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən klub 22 yaşlı fransalı futbolçunu 2025/2026-cı illər mövsümünün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Uqo Raquber “Lill” klubunun öz yetirməsidir. O, 2024-cü ildə icarə əsasında ölkəsində “Dünkerk” klubunda “Levante”nin hazırkı baş məşqçisi Luis Kastronun rəhbərliyi altında oynayıb. O, karyerası ərzində “Le Man” klubunda da icarədə olub.

Raquber cari mövsümdə “Lill”in əsas komandasında oynadığı 2 matçda məhsuldar göstəricilərlə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
14
10
arena.az

10Mənbələr