Antalyada təlim-məşqt toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Ağdam klubu əvvəlcə Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşıb. Oyun Qurban Qurbanovun komandasının və 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın heyətində Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov fərqləniblər.
“Osiyek” hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Ağdam təmsilçisi bu gün Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş 19:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.