AZ

"Qarabağ" "Osiyek"i məğlub etdi

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun komandası Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

"Köhlən atlar"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.

Xatırladaq ki, Ağdam təmsilçisi bu gün Polşanın "Zaqlebye" komandası ilə də üz-üzə gələcək. Bu görüş 19.00-da start götürəcək.

"Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
29
9
football-plus.az

5Mənbələr