AZ

"Qarabağ" qalib gəldi

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyunu keçirib.

Publika.az xəbər verir ki, Ağdam klubu Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb. Görüş "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.

"Qarabağ" bu gün daha bir yoxlama oyunu keçirəcək. Bu dəfə rəqib Polşanın "Zaqlebye" klubu olacaq. Bu görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Türkiyədəki ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
60
3
publika.az

5Mənbələr