AZ

“Qarabağ” “Osiyek”i 3 qolla məğlub etdi

Antalyada təlim-məşqt toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Ağdam klubu  əvvəlcə Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşıb. Oyun Qurban Qurbanovun komandasının  və 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın heyətində  Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov fərqləniblər.

“Osiyek” hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Ağdam təmsilçisi bu gün  Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
12
2
msport.az

5Mənbələr