EN

“Kəpəz” və “Karvan”dan yoxlama oyununda heç-heçə – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” və “Karvan” komandaları bu gün yoxlama oyunu keçiriblər.

Arena.az xəbər verir ki, sözügedən komadalar Yevlax şəhər stadionunda üz-üzə gəliblər.

Bu oyunda qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.

Xatırladaq ki, “Kəpəz” qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda “Qəbələ”yə 1:3 hesabı ilə məğlub olmuşdu.

Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün turnir cədvəlində 9 xalla 10-cu pillədə qərarlaşıb. Azər Bağırovun rəhbərlik etdiyi komanda keçirdiyi 16 oyunda 3 qələbə qazanıb, 13 məğlubiyyətə üzülüb. Nizami yurdunun təmsilçisi cari mövsümdə çempionatda heç-heçə tanımayan yeganə komandadır. “Karvan” isə 6 xalla 12-cidir. Yevlaxlılar keçirdikləri 16 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, 12 məğlubiyyətə üzülüblər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
21
9
arena.az

10Sources