AZ

Klaudio Eçeverri “Mançester Siti”ni “Jirona”ya dəyişdi – ARENA.AZ

İngiltərənin “Mançester Siti” klubunun hücumameyilli yarımmüdafiəçisi Klaudio Eçeverri bundan sonra “Jirona”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi 2- yaşlı futbolçunu icarə müqaviləsi əsasında heyətinə qatıb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, Eçeverri cari mövsüm bitən kimi yenidən “şəhərlilər”in düşərgəsinə qayıdacaq.

Klaudio Eçeverri Argentinanın “River Pleyt” klubunun yetirməsidir. “Mançester Siti” onu 2024-cü ildə 18,5 milyon avro müqabilində heyətinə qatmışdı. Argentinalı futbolçu İngiltərə nəhənginin heyətində cəmi 3 oyuna çıxıb, 1 qola imza atıb. Yarımmüdafiəçinin “şəhərlilər”lə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Eçeverri cari mövsümün ilk hissəsini Almaniyanın “Bayer” klubunda icarədə keçirib. O, Leverkuzen təmsilçisinin heyətində 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Argentinanın U-17, U-20 və U-23 yığmalarında da oynamış Eçeverri 2023-cü ildə əsas millidə debüt edib. O, yığmada keçirdiyi 4 oyunda 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
3
arena.az

10Mənbələr