AZ

“Roma” neydanda ürəyi dayanmış futbolçusu ilə vidalaşdı – ARENA.AZ

İtaliyanın “Roma” klubu “Fiorentina”da icarədə olarkən, 2024-cü ildə meydanda ürəyi dayanmış futbolçusu Edoardo Bove ilə vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Canavarlar” 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb. Klub öz yetirməsinə həyatının növbəti mərhələsində uğurlar arzulayıb.

Xatırladaq ki, Bove 2024-cü ilin dekabrında icarə əsasında “Fiorentina”da çıxış edərkən meydanda ürəyi dayanmışdı. Hadisədən sonra əməliyyat olunmuş futbolçunun tibbi rəylərə əsasən İtaliyada oynaya bilməyəcəyi məlum olmuşdu. Onun karyerasını başqa ölkədə bərpa edəcəyi gözlənilir.

Mərkəz yarımmüdafiəçisi olan Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edirdi. Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.

Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.

Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub. O, “canavarlar”ın əsas komandasının heyətində 92 oyuna çıxıb, 4 qol və 2 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
3
arena.az

10Mənbələr