EN

Azərbaycan güləşçiləri ilin ilk təlim-məşq toplanışlarına başlayıblar

Güləş üzrə Azərbaycan milli komandaları 2026-cı ilin ilk təlim-məşq toplanışlarına başlayıblar.

Aznews.az xəbər verir ki, Bu barədəAzərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yanvarın 7–11-i aralığında keçirilən Azərbaycan çempionatından sonra milli komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib.

Yunan-Roma güləşi üzrə yığma yanvarın 14–dən, sərbəst güləş üzrə milli isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçiləri yanvarın 25-dək, sərbəst güləşçilər isə 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.

Chosen
97
2
aznews.az

10Sources