EN

Almaniya və ABŞ səfirliyi “Qarabağ”ı təbrik etdi – ARENA.AZ

Almaniyanın Azərbaycandakı səfirliyi “Qarabağ”ı ötən gün “Ayntraxt” üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib.

Arena.az xəbər verir ki, bu barədə səfirlik sosial media hesabında paylaşım edib:

“Qarabağ”ı “Ayntraxt” (Frankfurt) üzərində 3:2 hesablı qələbə münasibətilə ürəkdən təbrik edirik! Səfir Horlemann və Almaniyanın Bakıdakı səfirliyinin bir qrup əməkdaşı dünən stadionda idi. Tofiq Bəhramov adına Respublika Stadionun unikal atmosferində həyəcanlı bir oyun və gözəl bir futbol axşamı oldu”.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi də “Qarabağ”ı Almaniya klubu üzərindəki qələbəsi münasibətilə təbrik edib. Səfirliyin sosial şəbəkədə yaydığı məlumatda deyilir:

“Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilmiş oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ”ı təbrik edir. Qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla bir çıxış. Birləşmiş Ştatlar bu il FİFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
65
8
arena.az

10Sources